
Qanunvericilikdə korrupsiya pozuntuları haqqında məlumat verən şəxslərin dövlət müdafiəsi var.
APA xəbər verir ki, bunu Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində keçirilən canlı yayımda Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova deyib.
O bildirib ki, bu şəxslərin verdiyi məlumata görə, qisas almaq məqsədilə hansısa tədbirlərin görülməsi qadağandır: “Buna görə də müəyyən olunub ki, müvafiq korrupsiya pozuntuları ilə bağlı məlumat verən şəxs hesab edirsə, onun işdən çıxarılması, tənbeh edilməsi verdiyti məlumata görədirsə, bunun əksinin sübutu işəgötürənin öhdəliyindədir. Korrupsiya pozuntuları ilə bağlı məlumat verən şəxslərə qarşı qanunvericilikdə bütün məsələlər tənzimlənib. Bu kimi hallara görə cinayət məsuliyyəti də müəyyən olunub".