03 İyn 2026

İmişli rayonunda yanğın olub.
APA-nın xəbərinə görə, hadisə İmişli-Kürdəmir yolunun 3-cü kilometrliyində qeydə alınıb. Açıq ərazidə başlayan yanğın nəticəsində 10 ha sahədə kol-kos və tamet sexinin, həmçinin köməkçi tikilinin yanar konstruksiyalarının yandığı bildirilir.
Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.