06 Avq 2026

İmişlidə azyaşlı uşaq velosepedlə traktorun altında qalaraq ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Rəsullu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2021-ci il təvəllüdlü Xəlilov Ömər Rəşid oğlu velosipedlə hərəkətdə olarkən traktora dəyib.
Ağır xəsarət alan azyaşlı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.