
Mingəçevirdə Qarabağ kanalında batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan şəhər sakini, 14 yaşlı Nicat Şərifzadənin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
***
5 avqust, 19.49
Mingəçevir şəhərində, Qarabağ suvarma kanalında batan yeniyetmənin axtarışları aparılır.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş – 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.