• 23 °C
|

İsmayıllıda avtomobil qəzasında bir nəfər ölüb

13 Sentyabr 2026
img

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, ötən gecə saat 22 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb, sərnişini, 31 yaşlı Münəvvər Abdullazadə isə ölüb.

Faktla bağlı araşdırma aparılır.

İsmayıllı, yol qəzası, Qaraməryəm-İsmayıllı-Şəki yolu, Mercedes