• 17 °C
|

Naxçıvanda ağır qəza: ölən və yaralananlar var – FOTO

27 Aprel 2026
img

Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

APA-nın məlumatına görə, qəza Naxçıvan–Şahbuz magistralında qeydə alınıb.

“Hyundai” markalı, 67-BG-445 dövlət nömrə nişanlı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Əliyev Nurlan İslam oğlu hadisə yerində həyatını itirib.

Avtomobildə olan digər sərnişinlər – 1996-cı il təvəllüdlü Abbasov Elvin İbrahim oğlu, 1998-ci il təvəllüdlü Abbasov Elçin Məmməd oğlu və 2001-ci il təvəllüdlü Məhərrəmov Vəli Əli oğlu xəsarət alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Həkimlərin məlumatına görə, Elçin Abbasovun vəziyyəti ağırdır və o, reanimasiya şöbəsində müalicə olunur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.