19 Avq 2026

Tovuzda yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədabad kəndi yolunda qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.