
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Babək rayonunun Uzunoba kəndi ərazisində qeydə alınıb.
Belə ki, 72-BG-452 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə 75-BX-893 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı mikroavtobus toqquşub.
Qəza nəticəsində 2007-ci il təvəllüdlü Rüstəmov Kənan Babək oğlu, 2006-cı il təvəllüdlü Sadiqov Kamran Vüqar oğlu və 1963-cü il təvəllüdlü Tağıyeva Tamara Yusif qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.