• 15 °C
|

Neftçalada ər arvadını bıçaqlayaraq öldürməkdə şübhəli bilinir

16 Fevral 2025
img

Neftçala rayonunda qətl hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaraymanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Tağıyeva Şəhla Telman qızı ailə münaqişəsi zəminində əri tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb.

Yaralı qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.