04 İyl 2026

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini 1959-cu il təvəllüdlü R.Məmmədovanı vurub.
Qadın dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır