• 26 °C
|

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var – YENİLƏNİB

25 Avqust 2025
img

Qəbələdə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, yaralılar "VAZ-2106" da olan 1970-ci il təvəllüdlü Səfərəliyev Sübhi Yunus oğlu, 1987-ci il təvıllüdlü Qocayev Mehdi Ərzuman oğlu və 2010-cu il Təvəllüdlü Elgiz Abduləzizovdur.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

16:09

Qəbələ rayonunda avtomobil qəzası baş verib, ölən və xəsarət alanlar var.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qəbələ şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, 51 yaşlı İlham Abdurazakov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü, 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ”da olan sərnişinlər isə xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.