
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul –Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Saatlı rayonunun Əliabad kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Elmar Müslüm oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə, Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 1991-ci il təvəllüdlü Həsənov Amil Telman oğlunun idarə etdiyi “Renault” markalı avtomobil toqquşub.
Qəza nəticəsində Saatlı rayonunun Əliabad kənd sakini, 1991-ci il təvəllüdlü Mehtiyeva Fəridə Ənvər qızı hadisə yerində ölüb.
Xəsarət alanlar Saatlı rayonunun Əliabad kənd sakini, 2021-ci il təvəllüdlü Mehtizadə Mirəli Hikmət oğlu, Mingəçevir şəhər sakini, 1965-ci il təvəllüdlü Hüseynova Səfurə Əli qızı Sabirabad rayon xəstəxanasına və Saatlı sakini, 1985-ci il təvəllüdlü Məmmədov Elmar Şirvan xəstəxanasına yerləşdirilib. Məmməd Elmar hazırda əməliyyat olunur.
Faktla bağlı araşdırma aparılır.
***
09:34
Sabirabadda baş verən qəzada ölən və yaralananlar var.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonununun Qaragüney kəndində qeydə alınıb.
Minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.