• 20 °C
|

Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib – YENİLƏNİB

12 Oktyabr 2026
img

Bu gün 94 nömrəli tam orta ümumtəhsil məktəbinin 7-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) tənəffüs zamanı II mərtəbənin pəncərəsindən yıxılıb.

APA xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ nəzarətə götürülüb və aidiyyəti qurumlar tərəfindən müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

***

17:57

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.

APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub.

Direktorun məlumatına əsasən, son 1 ay ərzində Mədinə Nəbiyeva üçün məktəbə 3-4 dəfə təcili yardım çağırılıb.

Uşağın rəfiqəsi ilə bölüşdüyü məlumata əsasən, sentyabrın 10-15-i arası ona əmisi tərəfindən zorakılığa cəhd olunduğunu bildirib.

Mədinə Nəbiyeva hazırda Sabunçu Tibb Mərkəzindədir və vəziyyəti orta ağırdır.