• 23 °C
|

Salyan sakini dəm qazından boğularaq ölüb

24 Yanvar 2026
img

Salyan sakini dəm qazından boğularaq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Paşayev Ramin Vaqif oğlu hamam otağında dəm qazından boğularaq ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.