• 6 °C
|

Şamaxı-Ağsu sərhədində zəlzələ olub

26 Noyabr 2026
img

Şamaxı və Ağsu rayonlarının sərhədində 4,3 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar noyabrın 26-da yerli vaxtla saat 20:24-də qeydə alınıb.

Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal, episentrə yaxın rayonlarda isə 3 bala qədər hiss olunub.