• 15 °C
|

Samuxda çayda batan şəxslərin kimliyi müəyyən olunub – YENİLƏNİB

19 Fevral 2025
img

Samuxda Kürdə balıq tutmaq istəyən zaman batan şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə batanlar Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü M. İsmayılov və Samux rayon sakini 2003-cü il təvəllüdlü İ. Şubliyevdir.

Hazırda həmin şəxslərin axtarışı davam etdirilir.

***

21:09

Samux rayon ərazisində iki nəfər Kür çayında batıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Samux və Şəmkir rayon sakinləri olan 2 nəfər Kürdə balıq tutmaq istəyən zaman batıblar.

Onların meytlərinin tapılması üçün axtarışlar davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.