• 29 °C
|

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs olunub

18 Avqust 2025
img

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan 3 nəfər əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.

“Report”un məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onlar 3 ay müddətə həbs olunublar.

Qeyd edək ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.