• 24 °C
|

Sumqayıt sakini iş yerində ölüb

8 May 2025
img

Sumqayıtda marketdə çalışan qadın iş yerində ölüb.

APA xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində yerləşən marketlərin birində qeydə alınıb.

1978-ci il təvəllüdlü Vüsalə Məmişovanın iş zamanı qəfildən halı pisləşib. O hadisə yerindəcə keçinib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.