• 25 °C
|

Tovuzda yol qəzası ölümlə nəticələnib

13 İyun 2026
img

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Əsrik yolu adlanan ərazisində qeydə alınıb.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü İ. Nağıyev ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.