• 27 °C
|

Ucarda iki avtomobil toqquşub, xəsarət alanlar var – FOTO

30 Mart 2025
img

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Müsüslü kəndində qeydə alınıb.

"Mercedes" və "VAZ 21 06" markalı minik avtomobilləri kənd yolunda toqquşub. Nəticədə 2 nəfər müxtəlif xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.