• 13 °C
|

Xaçmazda bataqlığa düşən yeniyetmənin axtarışı davam edir

19 Aprel 2025

Gecə saatlarında Xaçmazda 15 yaşlı yeniyetmə bataqlıqda batıb.

APA-nın Şimal bürosu xəbər verir ki, rayonun Niyazabad kəndində 15 yaşlı yeniyetmə Bağırov Elçin Elman oğlu bataqlığa düşüb.

Hadisə o öz atı ilə mal-qara axtararkən baş verib. Yeniyetmənin axtarışlarına FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.