• 31 °C
|

Xəzər dənizində zəlzələ olub

20 Yanvar 2025
img

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 07:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1 olub.

Zəlzələ ocağı 16 kilometr dərinlikdə yerləşib.