• 23 °C
|

Xırdalanda yaşayış binasında yanğın başlayıb – FOTO – VİDEO – YENİLƏNİB-1

9 Fevral 2025
img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

saat 13.08

Xəbərə video əlavə edilib.

***

saat 12.58

Xırdalanda "Kristal Abşeron 1" yaşayış binasında yanğın başlayıb.

APA-nın xəbərinə görə, yanğın binanın 10-cu mərtəbəsində baş verib.

Hadisə yerinə yanğınsşndürmə briqadaları cəlb olunub.