• 25 °C
|

Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub – FOTOLENT

28 İyun 2026
img

Yevlax dəmir yolu vağzalında içərisində kükürd olan yük vaqonunda yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 08:50 radələrində qeydə alınıb.

Məlumata görə, hadisə ilə əlaqədar Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax Yanğından Mühafizə Qatarı tərəfindən operativ tədbirlər görülüb.

Yanğın qısa müddətdə söndürülüb, təhlükəsizlik təmin olunub.

Faktla bağlı araşdırma aparılır.