• 31 °C
|

Yevlaxda bir nəfərin suda batdığı ehtimal edilir

20 İyun 2026
img

Yevlax rayonunda bir nəfərin suda batdığı ehtimal edilir.

APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, Yevlax rayonunun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirovun iyunun 17-də Yuxarı Qarabağ kanalının Malbinəsi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunur.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə müvafiq xilasetmə qüvvələri cəlb edilib. Hazırda nəzarətsiz ərazidə axtarış tədbirləri davam etdirilir.

Axtarışlara şəxsi heyət, texnikalar cəlb olunub. Əməliyyat davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.