• 24 °C
|

Zaqatalada yük maşını yanıb

9 İyun 2026
img

Zaqatalada Bakı sakininin idarə etdiyi yük maşını yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib. Bakı sakini Ruslan Əhmədovun idarə etdiyi “Ford Tranzit” markalı xırdatutumlu yük avtomobilinin salon hissəsində yanğın baş verib. Yanğın nəticəsində maşının salon hissəsi yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğına səbəb maşının elektrik sistemində baş vermiş qısa qapanma göstərilir.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.