• 30 °C
|

Zığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edilib – YENİLƏNİB

23 Yanvar 2025
img

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə "Report"a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

“Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb”, – məlumatda deyilir.

2025-01-22 23:05

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Report" xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik olunub.

Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.