• 11 °C
|

ABB ölkəmizdə insan kapitalını araşdırıb

16 Noyabr 2026
img

ABB maraqlı tərəflər üçün araşdırmalarının davamı olaraq “İnsan kapitalı rəqəmlərdə: Azərbaycanda təhsil, elm və mədəniyyətin statistik mənzərəsi” adlı hesabatını təqdim edib. Hesabat bu mövzuda bir ilkdir.

Ölkəmizin təhsil, elm və mədəniyyətsektorları burada Dövlət Statistika Komitəsinin, Elm və Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin, yerli medianın, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, UNESCO-nun, Dünya Bankının məlumatları, həmçinin akademik mənbələr əsasında təhlilə cəlb olunub.

Hesabatda təhsil sisteminin müxtəlif pillələri, ali təhsil vəinsan kapitalının formalaşması, təhsilin maliyyələşdirilməsi vəinstitusional potensialı, təhsil və elm müəssisələrinin coğrafi bölgüsü, regional fərqlər, elm vəkadr potensialı, eləcədəAzərbaycan təhsilininbeynəlxalq göstəricilərdəmövqeyi, mədəniyyət sahəsinin əsas göstəriciləri, inkişaf dinamikası və digər aktual istiqamətlər nəzərdən keçirilib.

Eyni zamanda, ölkədəhəyata keçirilən təhsil islahatları vəbeynəlxalq təcrübəəsasında inkişaf imkanları qiymətləndirilib.

Hesabatın hazırlanmasında məqsəd ölkəmizdəinsan kapitalının formalaşması vəinkişafında təhsil, elm vəmədəniyyətin rolunu, bu sahələr üzrəəsas meylləri, çağırışları, güclü tərəfləri vəinkişaf imkanlarını oxucu üçün anlaşıqlı, aydın strukturlaşdırılmış şəkildətəqdim etməkdir. Təhlillərdən çıxan əsas nəticə son illər bu sektorlar üzrə görülən işlərin, aparılan islahatların ardıcıllığının qorunması zəruriliyi, prosesin davamında kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət amilinə xüsusi diqqət yetirilməsi, regionlarda imkanların genişləndirilməsidir. Bütün bunlar Azərbaycanda insan kapitalının uzunmüddətli və dayanıqlı inkişafına mühüm töhfə verə bilər.

Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma-hesabatlarla buradantanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.