
Sovet balerinası və aktrisa Natalya Trubnikova 72 yaşında Moskvada vəfat edib.
“News.ru”nun məlumata görə, onun meyitini Tver rayonundakı mənzilində qonşusu aşkar edib.
Qonşunun sözlərinə görə, qadınlar əvvəlki gün səhər saatlarında ünsiyyətdə olublar, lakin axşam Trubnikova telefon zənglərinə cavab verməyib. Qonşusu mənzilə daxil olduqda aktrisanı divanda hərəkətsiz vəziyyətdə tapıb.
Məlumata görə, Trubnikova Parkinson xəstəliyindən əziyyət çəkib.
Aktrisa “31 iyun” musiqili nağıl-filmində şahzadə Melisenta rolu ilə məşhurlaşıb. O, həmçinin “Məhəbbət formulu”, “12 stul” filmlərində çəkilib və Moskva Akademik Musiqili Teatrının səhnəsində çıxış edib.