• 27 °C
|

“Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın evində axtarış aparılır

6 İyul 2026
img

Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanın evində axtarış aparılır.

APA xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan “Facebook” hesabında paylaşım edib.

Onun bildirdiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları evin ətrafını mühasirəyə alıb, binanın daxilində isə istintaq hərəkətləri həyata keçirilir.

Hazırda axtarışın hansı cinayət işi ilə əlaqədar aparıldığı açıqlanmayıb.

İlkin məlumata görə, Ermənistan Milli Olimpiya Komitəsinin bazasında da axtarışlar keçirilir.