• 27 °C
|

“Çiçəklənən Ermənistan” Partiyasının liderinin evində axtarış aparılır

6 İyul 2026
img

Ermənistanın müxalif “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyanın evində axtarış aparılır.

APA xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, hazırda Tsarukyanın evində Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən axtarış keçirilir.

Tonoyan iddia edib ki, maskalı şəxslər hətta vəkillərin də Tsarukyanın evinə daxil olmasına imkan vermirlər.