• 11 °C
|

İqor Kostyukov avropalıları Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarına müdaxilə etməkdə ittiham edib

11 Noyabr 2026
img

"Avropalılar Əbu-Dabidəki Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarına bəyanatları ilə müdaxilə ediblər".

APA-nın Moskva bürosu xəbər verir ki, bunu danışıqlarda Rusiya nümayəndə heyətinin üzvü, Rusiya Silahli Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor Kostyukov bildirib.

O, avropalıların bəyanatları ilə danışıqlara müdaxilə etdiklərini, lakin fiziki olaraq maneə olmadıqlarını söyləyib.

Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqlar keçirilib.