05 Noy 2026

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və Dövlət Dumasının deputatı Yana Lantratova ABŞ-nin birinci xanımı Melaniya Trampla keçirilə biləcək görüşdə Rusiyanı təmsil edə bilərlər.
APA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
Onun sözlərinə görə, bu, görüş üçün zəruri olan bütün logistika məsələlərinin razılaşdırılması mümkün olacağı təqdirdə baş tuta bilər.
Peskov mümkün görüşün təşkili ilə bağlı yekun qərarın logistika məsələlərinin həllindən asılı olduğunu vurğulayıb.