• 26 °C
|

Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər

30 Avqust 2026
img

Rumıniya Avropa İttifaqının pandemiyadan sonra bərpa fondlarından təxminən 770 milyon avro vəsaiti itirmək riski ilə üzləşib.

Bu barədə “Euractiv” məlumat yayıb.

Səbəb hökumət və parlamentin avqustun 31-dək dövlət sektorunda əməkhaqqı sisteminin islahatını nəzərdə tutan əsas qanunvericilik dəyişikliklərini qəbul etməyə çatdırmamasıdır.

Müddətin ötürülməsi nəticəsində vəsaitin itirilməsi gözlənilir ki, bu da onsuz da gərgin vəziyyətdə olan Rumıniya dövlət maliyyəsinə əlavə yük yaradacaq.