08 Okt 2026

“Rusiya Yaxın Şərqdəki vəziyyətlə bağlı İrana kömək etmək üçün əlindən gələni etməyə hazırdır”.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkmənistanda İran prezidenti Məsud Pezeşkianla görüşündə bildirib.
Putin Yaxın Şərqdəki formalaşan vəziyyəti kəskin problem adlandırıb.
O qeyd edib ki, İran Yaxın Şərqdə alovlanan münaqişəyə son qoymaq üçün real cəhdlər göstərir və Rusiya bundan xəbərdardır.