• 13 °C
|

Rusiya XİN NATO nümayəndəsinin Əbu-Dabidəki danışıqlarda iştirakına münasibət bildirib

12 Noyabr 2026
img

Rusiya Xarici İşlər Nazirliyi NATO-nun Avropadakı Ali Baş Komandanı Aleksus Qrinkeviçin Əbu-Dabidəki danışıqlarda iştirakına münasibət bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov NATO Ali Baş Komandanının Əbu-Dabidəki danışıqlarda iştirakının Avropada təhlükəsizlik məsələlərinin müzakirəsinə əhəmiyyətli dərəcədə peşəkarlıq qatdığını söyləyib.

Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ arasında danışıqlarda ilk dəfə NATO nümayəndəsi iştirak edib. Noyabrın 10-11-də Əbu-Dabidə keçirilən görüşlərdə Qrinkeviç danışıqlar masasında oturub.