30 Avq 2026
Rusiya hökuməti dizel yanacağı ixracına qoyulan qadağanı sentyabrın 30-na qədər uzadıb.
APA xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Qərar yerli yanacaq bazarında vəziyyətin stabil saxlanılmasına xidmət edir”, –Rusiya Nazirlər Kabinetinin məlumatında bildirilir.
Rusiyada ümumi yanacaq ixracına qadağa isə 2027-ci il yanvarın 31-ə qədər qüvvədə qalır.