• 26 °C
|

Tatarıstanda yüngül mühərrikli təyyarə evin bağçasına düşüb, 2 nəfər ölüb

12 Sentyabr 2026
img

Tatarıstanda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb.

Qəza təlim uçuşu zamanı baş verib.

Kursant və təlimatçıCessna 172təyyarəsi ilə Vısokaya dağından təlim uçuşu həyata keçiriblər.

Uçuş zamanı təyyarə televiziya qülləsinə çırpılıb və Şemordan kəndindəki şəxsi evin bağçasına düşüb.

Ölənşəxslərin Kurkaçi aerodromunda yerləşən Tatarıstan Mərkəzi Aeroklubunun üzvləri olduğu bildirilib.