• 21 °C
|

Almaniya kansleri: Alman qoşunlarının Ukraynada olması nəzərdən keçirilmir

15 May 2025
img

“Bundesver (Almaniya Silahlı Qüvvələri) qoşunlarının Ukraynada olması məsələsi gündəmdə deyil.”

APA xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

"Bu günə qədər belə bir qərar nəzərdən keçirilmir. Lakin tarixi arqumentlər həmişə müzakirələrin bir hissəsidir. Amma bu müzakirələr başqa nəticələrə də gətirib çıxara bilər.", – o bildirib.

O həmçinin bildirib ki, Almaniya Ukraynanın təhlükəsizliyinə zəmanət vermək üçün avropalı tərəfdaşlarla əməkdaşlıq etmək istəyir.