• 23 °C
|

Biləsuvarda avtomobil yolu keçmək istəyən piyadanı vurub öldürüb

5 Sentyabr 2026
img

Biləsuvarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi, yolu əks tərəfə keçmək istəyən Biləsuvar şəhər sakini 1981-ci il təvəllüdlü Elçin Yaşar oğlu Cabbarovu vurub. E. Cabbarov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.