• 27 °C
|

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

8 İyul 2026
img

Serbiyalı tennisçi Novak Cokoviç Böyük Dəbilqə turnirlərində beş setlik oyunların sayına görə rekord müəyyənləşdirib.

APA xəbər verir ki, rekord Uimbldonun 1/4 finalında kanadalı Feliks Oje-Alyassimlə qarşılaşma zamanı qeydə alınıb.

Bu, Cokoviçin Böyük Dəbilqə turnirlərində qalibin beşinci setdə müəyyənləşdiyi 50-ci görüşü olub. Bununla o, bu göstəricidə Stan Vavrinkanı geridə qoyaraq yeganə rekordçuya çevrilib.