• 16 °C
|

Ədliyyə naziri Şəmkir şəhərində vətəndaşları qəbul edib

1 May 2026
img

Ədliyyə naziri Fərid Əhmədov mayın 1-də Şəmkir şəhərində vətəndaşları qəbul edib.

Ədliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Qəbulda Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir rayonlarından ümumilikdə 35 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.