• 17 °C
|

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

4 Oktyabr 2026
img

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırması epidemiyası tamamilə nəzarətə götürülüb.

RFI radiostansiyası xəbər verir ki, bu barədə mətbuat konfransında KDR-in səhiyyə naziri Samuel Roje Kamba bildirib.

"Epidemiyanın piki artıq geridə qalıb. Epidemiya daha bizim nəzarətimizdən çıxmır. Əvvəllər biz yalnız onun inkişafını izləyirdik, indi isə qabaqlayıcı addımlar atırıq", – o qeyd edib.

Nazirin sözlərinə görə, Ebola xəstələrinin aşkarlandığı 63 tibb zonasından 19-da artıq azı üç həftədir ki, qızdırmaya yeni yoluxma halları qeydə alınmır.

KDR Səhiyyə Nazirliyinin son məlumatlarına görə, Eboladan ölənlərin sayı 4 018 nəfərə, xəstələnənlərin sayı isə 8 300 nəfərdir. Ölüm səviyyəsi 48,4 % təşkil edir. Xəstəxanalarda və tibbi təcridxanalarda xəstəlik simptomları olan 842 pasiyent var.