• 17 °C
|

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb – VİDEO

4 Oktyabr 2026
img

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən Kükü dağına qar yağıb.

APA xəbər verir ki, Kükü kəndindən 8 kilometr şimal-qərbdə yerləşən və mütləq hündürlüyü 3120 metr olan Kükü dağının zirvəsi ağ örpəyə bürünüb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən oktyabrın 1-dən 5-dək muxtar respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və yüksək dağlıq ərazilərdə qara keçəcəyi ilə bağlı proqnoz verilmişdi.