• 11 °C
|

Kürdə suyun artması Sabirabadda körpünü sıradan çıxarıb – FOTO

29 Aprel 2026
img

Sabirabadın Ulacalı kəndində Kür çayında suyun səviyyəsinin artması fəsadlara səbəb olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artmaqdadır.

Nəticədə Sabirabadın Ulacalı və Qruzma kəndlərini birləşdirən panton körpü sıradan çıxıb.

ndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb.