• 28 °C
|

Laçına köçürülmüş sakinlərdən 1235 şəxs məşğulluq tədbirlərinə cəlb edilib

26 Avqust 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonuna köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.

Nazirlikdən APA-ya verilən məlumata görə, həmin sakinlərdən artıq 1235 şəxs məşğulluq tədbirlərinə cəlb olunub.

Bildirilib ki, onlardan 1180 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, 86 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb), 55 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Qeyd olunub ki, hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.