• 11 °C
|

Özünüməşğulluq proqramı üzrə azad edilən ərazilərdə kiçik ailə biznesləri qurulub – FOTO

21 Aprel 2026
img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə özünüməşğulluq proqramının icrasını davam etdirir.

APA-nın yerli bürosu xəbər verir ki, proqramının icrası çərçivəsində Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonları üzrə daha bir qrup şəxsə proqram çərçivəsində müxtəlif istiqamətlər üzrə avadanlıqlar təqdim edilib. Bura “kiçik dərzi sexi”, “qadın gözəllik salonu”, “avtoelektrik xidmətləri”, “avtotəmizləmə xidmətləri”, “broyler inkubatoru”, “poliqrafiya xidmətləri” və “özünəxidmət avtoyuma” daxildir.

Qeyd olunub ki, təqdim edilən aktivlər hesabına benefisiarlar kiçik ailə biznesləri qurublar.

Bildirilib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 818 nəfər üçün özünüməşğulluq proqramı üzrə təsərrüfatlar yaradılıb.