
“İndi əsas arzum budur ki, övladlarımız öz yurdlarında firavan və xoşbəxt həyat yaşasınlar”.
Bunu APA-nın Qarabağ bürosuna Cəbrayılın Şükürbəyli kənd sakini Murad Süleymanov bildirib.
Onun sözlərinə görə, 1992-ci ildə məcburi köçkün düşərək əvvəlcə Beyləqan, daha sonra Biləsuvar rayonunda inşa edilən şəhərcikdə məskunlaşıblar. 18 il həmin şəhərcikdə yaşadıqdan sonra kəndlərinin bərpası ilə doğma yurdlarına qayıdıblar.
Murad Süleymanov qeyd edib ki, ailələri 6 nəfərdən ibarətdir.
Kənd sakini vurğulayıb ki, Şükürbəylidə yaradılan yaşayış şəraiti yüksək səviyyədədir və bütün zəruri infrastruktur imkanları mövcuddur.
“Bu gün bu sevinc hissini yaşadığımız üçün şəhidlərimizə Allahdan rəhmət diləyirik”, – o əlavə edib.