
Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var.
“Azərbaycan Dəmir Yolları” dan (ADY) APA-ya verilən məlumata görə, bu gün saat 22:28 radələrində Sumqayıtçay stansiyasının çıxışında yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, 77-BZ-281 dövlət qeydiyyat nişanlı, boş vəziyyətdə olan benzin daşıyan yük avtomobili dəmiryol keçidindən keçmə qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşmanın qarşısını almaq mümkün olmayıb.
Hadisə nəticəsində teplovoz relsdən çıxıb, yük avtomobilinin sürücüsü isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
İman İmanlı