• 21 °C
|

Aydın Kərimov: Böyük Qayıdış proqramının birinci mərhələsində hədəflərin hamısına nail olunub

21 May 2026
img

Bizim əsas məqsədimiz Böyük Qayıdış proqramının birinci mərhələsinin hədəflərinə çatmaq idi.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “BBB Publication (TBC)” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, bu mərhələ 2022–2026-cı illəri əhatə edir və bu il başa çatır.

“Qürurla deyə bilərik ki, azad olunmuş bütün ərazilərdə bu hədəflərin demək olar ki, hamısına nail olunub. Proqramın tamamlanması üçün hələ vaxt var”, – deyə Aydın Kərimov qeyd edib.